...

Azərbaycanda maye qaz üzrə yeni müəssisə qeydiyyata alınıb

Energetika Materials 8 İyun 2012 16:54 (UTC +04:00)
Azərbaycanda "Məişət maye qaz" QSC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü Vergilər Nazirliyinin rəsmi saytındakı "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.
Azərbaycanda maye qaz üzrə yeni müəssisə qeydiyyata alınıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "Məişət maye qaz" QSC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü Vergilər Nazirliyinin rəsmi saytındakı "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.

QSC-nin həmtəsisçisi qismində "Femida" QSC və Rasim Salmanov çıxış edir. Rasim Salmanov həm də cəmiyyətin hüquqi təmsilçisidir.

QSC-nin nizamnamə kapitalı 3 110 520 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti