...

Azərbaycanın üç rayonuna qazın verilişində fasilələr yaranacaq

Energetika Materials 25 İyun 2012 11:35 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq bu gün saat 18:00-dək "Yevlax-1" və "Yevlax-2" qazpaylayıcı stansiyalarından, həmçinin "Lək" və "Zərdab" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın üç rayonuna qazın verilişində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq bu gün saat 18:00-dək "Yevlax-1" və "Yevlax-2" qazpaylayıcı stansiyalarından, həmçinin "Lək" və "Zərdab" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Təmir işləri müddətində Yevlax şəhəri daxil olmaqla, rayonun Cırdaxan, Varvara, Balçılı, Salahlı, Hürüuşağı, Boşçalı, Tanrıqulular və Ağqıraqlı kəndlərinə, Ucar və Zərdab rayonlarının mavi yanacaqla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti