...

Emal müəssisələrinin köçürülməsi Bakının ekologiyasına müsbət təsir edəcək

Energetika Materials 25 İyun 2012 16:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) yaradılması Bakıda ekoloji vəziyyətə müsbət təsir edəcək.
Emal müəssisələrinin köçürülməsi Bakının ekologiyasına müsbət təsir edəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) yaradılması Bakıda ekoloji vəziyyətə müsbət təsir edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Bu, ən yüksək ekoloji standartlara cavab verən yeni emal kompleksinin tikintisi məqsədilə emal müəssisələrinin Bakıdan kənara köçürülməsi sayəsində mümkün olacaq.

Əliyevin sözlərinə görə, həmçinin, yeni kompleksin yaradılması nəqliyyat vasitələrindən atmosferə atılmaların Avro-5 və daha yüksək standartlara cavab verməsini təmin etməyə imkan verəcək.

"Biz məhsulların istehsalına sərf olunan enerji tutumunu, məhsulun karbon tutumunu azaltmağı, enerji effektivliyini artırmağı qarşımıza məqsəd qoymuşuq", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti