...

ARDNŞ: Avtomobillər üçün ekoloji standartlar yanacağa şamil edilmir

Energetika Materials 4 İyul 2012 12:33 (UTC +04:00)
Azərbaycanda zərərli maddələrin tullanması üzrə avtomobillərə Avro-3 standartlarının tətbiq edilməsi ölkədə hələ bu standarta uyğun olan benzinin buraxılmaması ilə zidd deyil.
ARDNŞ: Avtomobillər üçün ekoloji standartlar yanacağa şamil edilmir

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir E.İsmayılov/

Azərbaycanda zərərli maddələrin tullanması üzrə avtomobillərə Avro-3 standartlarının tətbiq edilməsi ölkədə hələ bu standarta uyğun olan benzinin buraxılmaması ilə zidd deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin emal üzrə vitse-prezidenti Davud Məmmədov deyib.

Bununla yanaşı, ARDNŞ-nin nümayəndəsi qeyd edib ki, respublikada buraxılan dizel yanacağı göstərilən standarta tam uyğun gəlir.

Məmmədovun qeyd etdiyi kimi, qəbul edilmiş standartlar avtomobillərdən atılan və ekologiyaya pis təsir edən zərərli maddələrə aiddir.

ARDNŞ-nin vitse-prezidentinin sözlərinə görə, Avro-3 standartı çərçivəsində benzin buraxılışı 2014-cü ilə, şirkətin mövcud neft emalı zavodlarında rekonstruksiya işlərinin başa çatdığı vaxta planlaşdırılır.

Gələcəkdə yanacağın keyfiyyətinin Avro-5 standartınadək artırılması ARDNŞ-nin Bakının Qaradağ rayonunda tikintisi planlaşdırılan yeni neft və qaz emalı, neft-kimya kompleksinin istismara verilməsindən sonra mümkün ola bilər.

Bu il avqustun 1-dən Azərbaycanda AZS 636-2012 "Avtomobil vasitələri. Ekoloji siniflər"yeni standartı qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti