...

“Şahdəniz-2” yatağından çıxarılacaq Azərbaycan qazı Türkiyəyə Rusiya qazından ucuz başa gələcək

Energetika Materials 4 İyul 2012 12:55 (UTC +04:00)
Trans Anadolu qaz kəməri (TANAP) ilə "Şahdəniz-2" yatağından Türkiyəyə ixrac olunacaq Azərbaycan qazı Rusiyadan idxal olunan qazdan 12 faiz ucuz olacaq.
“Şahdəniz-2” yatağından çıxarılacaq Azərbaycan qazı Türkiyəyə Rusiya qazından ucuz başa gələcək

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Tağıyeva/

Trans Anadolu qaz kəməri (TANAP) ilə "Şahdəniz-2" yatağından Türkiyəyə ixrac olunacaq Azərbaycan qazı Rusiyadan idxal olunan qazdan 12 faiz ucuz olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.

Məlumata görə, bu gün Rusiyadan Türkiyəyə idxal olunan qazın 1000 kubmetri 460 dollar olduğu halda, Azərbaycan qazının 1000 kubmetri 320 dollardır.

TANAP-la nəql olunacaq Azərbaycan qazının qiyməti indikindən yuxarı olacaq. Qəzet qeyd edir ki, lakin bu, "Şahdəniz-2" qazına Avropa ölkələrinin tələbatı ilə şərtlənir.

Bir müddət əvvəl, iyunun 26-da Azərbaycan və Türkiyə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılmasına dair hökumətlərarası saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti