...

Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 20 İyul 2012 10:24 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 20 iyul 2012-ci il tarixdə saat 09:00-dan 19:00-dək Yevlax, Ucar, Ağdam, Tərtər, Bərdə və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə cümə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.
Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 20 iyul / Trend, müxbir E.İsmayılov /

Təmir işləri ilə əlaqədar olaraq 20 iyul 2012-ci il tarixdə saat 09:00-dan 19:00-dək Yevlax, Ucar, Ağdam, Tərtər, Bərdə və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə cümə günü ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, həmin rayonların qaz təchizatında fasilələr "Quba" və "Ucar" Qazpaylayıcı Stansiyaları, saat 10:00-dan isə "Yevlax-Naxçıvan" magistral qaz kəmərində təbii qaz təchizatının dayandırılması ilə əlaqədardır.

Təmir işləri müddətində Yevlax rayonunun Kövər kəndi, Ucar şəhəri də daxil olmaqla bu rayonun Qarabörk, Rəstəcə və Gəraybəyli kəndləri, Ağdam, Bərdə, Tərtər rayonları, həmçinin Quba şəhəri də daxil olmaqla rayonun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti