...

Azərbaycanda qaz abonentlərinə xəbərdarlıq edildi

Energetika Materials 26 İyul 2012 17:43 (UTC +04:00)
2012-ci ilin birinci yarısında "Azəriqaz" İstehsalat Birliyinin 185 nömrəli "qaynar xətt"inə daxil olmuş müraciətlərin əksər hissəsinin sayğacların koda düşməsi ilə bağlı olmasını nəzərə alaraq, İB "smart-kart" tipli sayğacların istismarı ilə baglı bəzi zəruri məlumatları bir daha abonentlərin diqqətinə çatdırır.
Azərbaycanda qaz abonentlərinə xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 26 iyul /Trend/

2012-ci ilin birinci yarısında "Azəriqaz" İstehsalat Birliyinin 185 nömrəli "qaynar xətt"inə daxil olmuş müraciətlərin əksər hissəsinin sayğacların koda düşməsi ilə bağlı olmasını nəzərə alaraq, İB "smart-kart" tipli sayğacların istismarı ilə baglı bəzi zəruri məlumatları bir daha abonentlərin diqqətinə çatdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin rəsmi saytında dərc olunan məlumatda deyilir.

"Smart-kart" tipli sayğaclarla ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə olunan sayğacın göstəricisinin qəbul olunan sərfiyyat miqdarından artıq olması, qaz xəttinə əlavə qoşulmalar, sayğaca hər hansı bir müdaxilə kimi hallar baş verdikdə sayğacın klapanı dərhal qapanır, sayğac avtomatik olaraq koda düşərək bağlanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür.

Sayğac koda düşərək bağlanan zaman müdaxilə etməklə onu işə salmaq mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsi ilə gətirilir. Servis kartları Qaz istismar sahələrinin ərazi xidmətlərindədir.

Sayğac koda düşərək bağlanan zaman 104 nömrəsinə və ya yerli Qaz istismar sahəsinə zəng edərək bu barədə məlumat vermək lazımdır. Qaz istismar sahəsinin əməkdaşları gündüz saatlarında qısa müddətdə ünvana gəlib sayğacı işlək vəziyyətə gətirir. Koda düşmə gecə saatlarında baş verdikdə, problemin həlli üçün zəruri tədbirlər səhər saatlarında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti