Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Tağıyeva/
Türkiyə enerji sektorunun, xüsusən elektrik enerjisi və qaz paylayıcı sektorun özəlləşdirilməsi siyasətini davam etdirmək niyyətindədir. Trend-in "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.
"Türkiyə elektrik enerjisinin paylaşdırılması üzrə 3 şirkəti özəlləşdirməyə çıxarıb. Ölkənin digər regionlarında daha bir neçə paylayıcı şirkətin özəlləşdirilməsi planlaşdırılır", - Yıldız deyib.
Onun sözlərinə görə, "Başkent Doğalgaz" (Ankara) qaz paylayıcı şirkəti tam özəlləşdirilməyə çıxarılıb.