...

ARDNŞ-nin Neft Emalı Zavodu emal həcmini artırıb

Energetika Materials 3 Sentyabr 2012 19:50 (UTC +04:00)
2012-ci ilin 8 ayı ərzində ARDNŞ-nin mühüm struktur vahidlərindən olan "Azərneftyağ" Neft Emalı Zavodunda 636831 ton neftin emalı nəzərdə tutulduğu halda, faktiki olaraq avqust ayının 20-nə qədər 640851 ton neft emal edilib.
ARDNŞ-nin Neft Emalı Zavodu emal həcmini artırıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

2012-ci ilin 8 ayı ərzində ARDNŞ-nin mühüm struktur vahidlərindən olan "Azərneftyağ" Neft Emalı Zavodunda 636 831 ton neftin emalı nəzərdə tutulduğu halda, faktiki olaraq avqust ayının 20-nə qədər 640 851 ton neft emal edilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin dövr ərzində ümumilikdə 341 316 ton həcmində açıq rəngli neft məhsulları istehsal olunub ki, bunun da 68 735 tonunu benzin, 81 211 tonunu kerosin, 191 370 tonunu isə dizel yanacağı təşkil edib. Alınan açıq rəngli neft məhsullarının çıxım faizi (53,26 faiz) proqnozda nəzərdə tutulduğundan çox olub. Vakuum şəraitində aparılan emalda isə 184 882 ton həcmində yağ distilatları alınıb.

Zavodda 4 nömrəli sexin 401 saylı bitum istehsalı qurğusunda cari ilin 8 ayı üzrə qarşıya qoyulmuş tapşırıq 108,7 faiz yerinə yetirilib, nəzərdə tutulan 175 940 ton bituma qarşı, faktiki olaraq 191 260 ton bitum istehsal edilib. Eyni zamanda, 2 ədəd 3000 tonluq yeni bitum çəni quraşdırılaraq istifadəyə verilib. 5 saylı sexin 501 saylı sürtkü yağlarının hidrogenlə təmizlənməsi qurğusunda 825 ton M-12Bb mühərrik yağı, 8961 ton C-11 silindir yağı, 5923 ton AK-15 avtotraktor yağı, 13132 ton İ8A markalı sənaye yağı və 63347 ton A-markalı yağlar, eləcə də 284742 ton vakuum qazoyl istehsal olunub.

Ümumilikdə, zavod üzrə 46 246,023 ton həcmində sürtkü yağları istehsal olunub.

Bundan başqa, zavodda 3 nömrəli sexin 305 saylı neftin ilkin emalı və 4 nömrəli sexin 401 saylı bitum istehsalı qurğuları əsaslı təmir edilərək istismara verilib ki, bu da müəssisənin işinin daha ahəngdar aparılmasına təminat yaradacaq.

Xəbər lenti

Xəbər lenti