...

Dövlət Neft Fondunun icraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun IV iclasında iştirak edib (FOTO)

Energetika Materials 10 Sentyabr 2012 19:56 (UTC +04:00)
Sentyabrın 5-7-də Meksikanın paytaxtı Mexiko şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) dördüncü iclası keçirilib.
Dövlət Neft Fondunun icraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun IV iclasında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Sentyabrın 5-7-də Meksikanın paytaxtı Mexiko şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) dördüncü iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Fonddan bazar ertəsi Trend-ə verilən məlumata görə, SFBF-in iclasında 2011-ci ildə Pekində Santyaqo prinsiplərinin yerinə yetirilməsi üzrə qərara alınmış öhdəliklər, risklərin idarə edilməsi və investisiya mühiti, açıq investisiya mühitinin təmin edilməsi, eləcə də daxili idarəetmə məsələlərində əldə edilmiş irəliləyişlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi suveren fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və suveren fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Səfər müddətində Azərbaycan nümayəndə heyətinin üzvləri Mexikonun mərkəzi prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı və burada ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini, həmçinin Meksikanın Tarixi Mərkəz rayonu ərazisindəki Tlakskoake-Xocalı meydanını və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidələrin önünə əklil qoyublar.

Xəbər lenti

Xəbər lenti