...

OPEC: İranın neft hasilatı 13 min barel azalıb

Energetika Materials 11 Sentyabr 2012 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Cəfərov/

Avqustda İranın neft hasilatı iyul ayı ilə müqayisədə 13 100 barel azalıb. Trend-in məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

OPEC-in avqust ayına olan hesabatı ilə bağlı sentyabrın 11-də yaydığı məlumata əsasən, ötən ay İranın neft hasilatı 2.767 milyon barel təşkil edib. Bu rəqəm iyul ayında 2.78 milyon, keçən ilin avqust ayında isə 3.628 milyon barel olub.

Ümumilikdə OPEC-in 12 üzv ölkəsi avqust ayında 31.410 milyon barel neft hasil edib ki, bu da hasilatın iyul ayı ilə müqayisədə 253.9 min barel artdığını göstərir.

Anqola, Nigeriya və Liviyanın xam neft istehsalı avqust ayında artıb.

Xəbər lenti

Xəbər lenti