...

TANAP qaz kəmərinin tikintisinə 2013-cü ildə başlamaq planlaşdırılır

Energetika Materials 15 Sentyabr 2012 12:55 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində tikinti işlərinə gələn ilin sonunda başlamaq planlaşdırılır.
TANAP qaz kəmərinin tikintisinə 2013-cü ildə başlamaq planlaşdırılır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.İsmayılov/

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində tikinti işlərinə gələn ilin sonunda başlamaq planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

"Şirkət gələn il qaz kəmərinin tikintisi üçün torpaq sahələrinin satın alınmasına başlamaq niyyətindədir. Layihə çərçivəsində bütün layihə və normativ-hüquqi işlər qaz kəmərinin reallaşdırılmasının sürətləndirilməsi üçün paralel aparılır", - Abdullayev qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə iyunun 26-da TANAP layihəsinin həyata keçirilməsi haqqında hökumətlərarası saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti