...

ARDNŞ ABŞ-ın enerji bazarına çıxır

Energetika Materials 19 Sentyabr 2012 16:59 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ABŞ-ın enerji bazarına çıxmaqda maraqlıdır.
ARDNŞ ABŞ-ın enerji bazarına çıxır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ABŞ-ın enerji bazarına çıxmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Oil, Gas & Media" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görgə, şirkət artıq Vaşinqtonda nümayəndəliyini açıb və yaxın vaxtlarda Hyustonda daha bir nümayəndəliyin açılışı gözlənilir.

"Biz ABŞ bazarına çıxmaqda maraqlıyıq. Siz bu layihələr işə salınanda, nədən söhbət getdiyini biləcəksiniz", - Bəylərbəyov qeyd edib.

Xəbər lenti

Xəbər lenti