...

ARDNŞ neftçilərin mənzil şəraitini yaxşılaşdırır (FOTO)

Energetika Materials 20 Sentyabr 2012 14:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının Bibiheybət qəsəbəsində neftçilər üçün yaşayış şəhərciyi tikəcək.
ARDNŞ neftçilərin mənzil şəraitini yaxşılaşdırır (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının Bibiheybət qəsəbəsində neftçilər üçün yaşayış şəhərciyi tikəcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev Badamdar qəsəbəsində neftçi ailələrinə yeni yaşayış binasındakı mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, şəhərcikdə yaşayış binaları ilə yanaşı, uşaq bağçası, məktəb və idman obyektlərinin tikintisi planlaşdırılır.

"Biz artıq iri yaşayış komplekslərinin tikintisinə başlayırıq ki, bu da neftçilərin mənzil şəraitini daha da yaxşılaşdıracaq", - Abdullayev qeyd edib.

Abdullayevin sözlərinə görə, hazırda mənzilə görə növbə gözləyən ARDNŞ işçiləri üçün müxtəlif kooperativ proqramlar reallaşdırılır.

Xəbər lenti

Xəbər lenti