...

Azərbaycanda bir sıra enerji obyektlərinin tikintisi başa çatır

Energetika Materials 27 Sentyabr 2012 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın müxtəlif bölgələrində bir sıra kiçik su elektrik stansiyalarının tikintisi başa çatmaq ərəfəsindədir. Bu barədə Trend-ə cümə axşamı "Azərenerji" ASC-dən bildiriblər.

Xüsusən, Qusar, İsmayıllı və ölkənin digər rayonlarında kiçik su elektrik stansiyalarının tikintisi üzrə işlər aparılır.

"Füzuli-1" stansiyasının tikintisi də tamamlanmaq üzrədir. Stansiya artıq ilin sonunadək istismara verilə bilər", - ASC-dən deyiblər.

Xəbər lenti

Xəbər lenti