Gürcüstan, Tbilisi, 9 noyabr /Trend, müxbir N.Kirtsxaliya/
Gürcüstanın yanacaq idxalı ötən illə müqayisədə artıb. Trend-in məlumatına görə, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları İttifaqından bildirilib.
Təşkilatın məlumatına görə, 2012-ci ilin on ayı ərzində yanacaq idxalı (benzin və dizel yanacağı) 692.6 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24 min ton çoxdur. Hesabat dövründə 316.1 min ton benzin və 376.5 min ton dizel yanacağı idxal edilib.
Ən böyük həcmdə yanacaq (266.9 min ton) Azərbaycandan idxal edilib. Daha sonra Rumıniya - 186.3 min ton, Bolqarıstan - 147.0 min ton, Rusiya- 53.6 min ton, İtaliya - 23.6 min ton, Yunanıstan - 13.0 min ton gəlir.
İdxalçılar İttifaqından qeyd edilib ki, bu il yanacağın qiymətləri çox yüksək, bəzi hallarda rekord həddə olub.