...

Gürcüstanın Baş naziri və ARDNŞ rəhbəri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Energetika Materials 9 Noyabr 2012 17:40 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev cümə günü Tbilisidə enerji resurslarının tədarükü sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Gürcüstanın Baş naziri və ARDNŞ rəhbəri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 9 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev cümə günü Tbilisidə enerji resurslarının tədarükü sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tanışlıq xarakteri daşıyan görüşdə energetika və təbii resurslar naziri Kaxa Kaladze və daxili işlər naziri İrakli Qaribaşvili iştirak ediblər.

Trend-in məlumatına görə, görüşdən sonra Bidzina İvanişvili jurnalistlərinə bildirib ki, görüşdə qaz və neft nəqli məsələlərinə toxunulub.

"Biz çox yaxşı və nümunəvi əlaqələrimizdən, qonşu ölkəyə necə yanaşmalı olduğumuzdan danışdıq. Bununla yanaşı, yüksək səviyyədə, o cümlədən prezident səviyyəsində görüşdən söhbət getdi", - İvanişvili deyib.

Qaz və neft tariflərinə gəldikdə, Baş nazirin sözlərinə görə, bu mövzu ilə bağlı konkret söhbət olmayıb, halbuki "hökumət onları azaltmağa cəhd edəcək".

"Hesab edirəm ki, daxildə bizim tariflərimizlə bağlı həll olunması lazım gələn daha çox problemimiz var, çünki tariflər süni şəkildə artırılır. Gürcüstan hökuməti mütləq tarifləri aşağı salmağa çalışacaq", - Baş nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti