...

Natiq Əliyev: Brodı-Plotsk neft kəməri layihəsinin reallaşdırılmasına Aİ-nin maliyyə dəstəyi lazımdır

Energetika Materials 27 Noyabr 2012 11:38 (UTC +04:00)
Brodı-Plotsk neft kəməri layihəsi çərçivəsində bütün ilkin işlər görülüb.
Natiq Əliyev: Brodı-Plotsk neft kəməri layihəsinin reallaşdırılmasına Aİ-nin maliyyə dəstəyi lazımdır

Polşa, Varşava, 27 noyabr / Trend, müxbir S.Ağayeva /

Brodı-Plotsk neft kəməri layihəsi çərçivəsində bütün ilkin işlər görülüb. Trend-in məlumatına görə, bu barədə Varşavada jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Çərşənbə axşamı Varşavada ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası işinə başlayıb.

"Böyük həcmdə işlər görülüb. Bu neft kəmərinin tikintisi layihəsi kapital tutumludur və onun reallaşdırılmasına Avropa İttifaqının, o cümlədən Polşanın maliyyə dəstəyi göstərməsi lazımdır", - Əliyev deyib.

Artıq 2013-cü ilin əvvəlində layihənin maliyyə dəstəyi üzrə qəti qərarın əldə olunması üçün Avropa Komissiyasına müraciət etməkdən ötrü ekoloji və təbiətin qorunması ilə bağlı icazələrin bu ilin sonuna kimi alınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti