...

Putin: RF və Türkiyə "Mavi axın" qaz kəmərinin genişləndirilməsi üzrə razılığa gələ bilərlər

Energetika Materials 3 Dekabr 2012 21:04 (UTC +04:00)
RF Prezidenti Vladimir Putun Rusiya və Türkiyənin üçüncü ölkələrin bazarlarına tədarüklər üçün "Mavi axın" qaz kəmərinin genişləndirilməsinə dair razılığa gəlmələrini istisna etmir.
Putin: RF və Türkiyə "Mavi axın" qaz kəmərinin genişləndirilməsi üzrə razılığa gələ bilərlər

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

RF Prezidenti Vladimir Putun Rusiya və Türkiyənin üçüncü ölkələrin bazarlarına tədarüklər üçün "Mavi axın" qaz kəmərinin genişləndirilməsinə dair razılığa gəlmələrini istisna etmir. Bu barədə Trend bazar ertəsi Türkiyə KİV-ə istinadən məlumat verir.

"Unutmayaq ki, bizdə artıq uzun müddətdir "Mavi axın" qaz kəməri işləyir və bu qaz kəməri sistemi ilə birbaşa Türkiyəyə 16 milyard kubmetr tədarük edirik, - Putin jurnalistlərə bildirib. - Üçüncü ölkələrin bazarlarına çıxmaq üçün "Mavi axın"ın imkanlarını genişləndirmək barədə türkiyəli dostlarımızla razılığa gələ biləcəyimizi istisna etmirəm".

Türkiyə İrana qarşı hətta beynəlxalq sanksiyalar tətbiq ediləcəyi təqdirdə, bu ölkədən qaz almaqda davam edəcək. Trend-in məlumatına görə, bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbulda mətbuat konfransında deyib.

"Biz qaz alışını davam etdirəcəyik. Biz bundan imtina etmirik", - Ərdoğan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti