...

Quba rayonunun daha 4 kəndinə təbii qaz verilib

Energetika Materials 6 Dekabr 2012 13:35 (UTC +04:00)
Bu gün Quba rayonunun Alpan, Kürkün, Üçgün və Uzunmeşə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Quba rayonunun daha 4 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Bu gün Quba rayonunun Alpan, Kürkün, Üçgün və Uzunmeşə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 810 abonenti olan Alpan, 84 abonenti olan Kürkün, 207 abonenti olan Üçgün və 58 abonenti olan Uzunmeşə kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 73 914 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1159 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti