...

Azərbaycan neftinin qiymətləri: 3-7 dekabr həftəsinin yekunları

Energetika Materials 8 Dekabr 2012 13:24 (UTC +04:00)
3-7 dekabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 112,28 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,63 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 3-7 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

3-7 dekabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 112,28 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,63 dollar/barel azdır.

Trend-in məlumatına görə, 3-7 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 114,26, minimum isə 110,69 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

3-7 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 106,98 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,05 dollar/barel azdır.

3-7 dekabr həftəsində URALS-ın qiyməti maksimum 109,17, minimum isə 105,21 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

3-7 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 109,08 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,63 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 111,34, minimum isə 107,18 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti