...

Bidzina İvanişvili: Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır

Energetika Materials 24 Dekabr 2012 13:29 (UTC +04:00)
Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır və heç kəs bu əlaqələri qurban verməyə çalışmır.
Bidzina İvanişvili: Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır

Gürcüstan, Tbilisi, 24 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır və heç kəs bu əlaqələri qurban verməyə çalışmır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Baş naziri Bidzina İvanişvili Tbilisidə keçirilən brifinqdə deyib.

"Biz Azərbaycanla əməkdaşlığımızın dərinləşməsinin tərəfdarıyıq və dekabrın 26-da Bakıya səfərim zamanı bu barədə söhbət aparılacaq", - Baş nazir qeyd edib.

İvanişvili, həmçinin aşağı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana təşəkkür edib.

"Bizə olduqca yaxşı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana minnətdarıq", - o, vurğulayıb.

İvanişvili bildirib ki, hazırda Gürcüstanda qaza görə tarifin azaldılması mümkün deyil və bununla belə, qazın qiymətinin "rəmzi" azaldılması barədə danışıqlar aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti