Azərbaycan, Bakı, 8 yanvar / Trend, müxbir A.Axundov /
Azərbaycan Nazirlər Kabineti elektrik ötürücü xətlər və boru kəmərləri vasitəsilə gömrük sərhədindən keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir. Qaydalar 30 dekabr 2012-ci il tarixində təsdiqlənib.
Qaydalara görə, nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən malların qarışdırılmasına, miqdarının və kəmiyyətinni dəyişdirilməsinə icazə normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərtilə veriləcək.