...

ARDNŞ-nin neft dağılmalarının ləğvi planı hazırlanıb

Energetika Materials 9 Yanvar 2013 16:47 (UTC +04:00)
"ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı"nın layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim olunub.
ARDNŞ-nin neft dağılmalarının ləğvi planı hazırlanıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

"ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı"nın layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim olunub.

Trend ARDNŞ-nin Ekologiya İdarəsinə istinadən məlumat verir ki, ötən ilin əvvəlindən İdarə tərəfindən ARDNŞ-nin Azərbaycan ərazisində həyata keçirdiyi neft-qaz əməliyyatları zamanı neft və neft məhsullarının dağılmalarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi, dağılmaların nəticələrinin aradan qaldırılması, bu istiqamətdə fəaliyyətin səmərəli idarə olunması üçün neft dağılmalarının elmi və təşkilati cəhətdən texniki təminatını özündə əks etdirən planın hazırlanmasına başlanılıb.

Bu məqsədlə Ekologiya İdarəsində yaradılmış işçi qrupu tərəfindən şirkətin struktur bölmələrindən daxil olan məlumatlar əsasında "ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı"nın layihəsi hazırlanıb.

Hazırlanmış planın layihəsi İdarədə geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti