Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Göyçay, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar yanvarın 16-17-də Yevlax-1, Yevlax-2, 28 May Aran, Ağdam Magistral Qaz Kəmərləri Sahəsinin bütün qazpaylayıcı stansiyaları və Qaraməryəm ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam, Yevlax rayonları, eləcə də Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.