...

ARDNŞ “Başkent Doğalgaz”ın özəlləşdirilməsi müsabiqəsində iştirak etməyib

Energetika Materials 29 Yanvar 2013 12:31 (UTC +04:00)
Türkiyənin "Başkent Doğalgaz" (Ankara) qazpaylayıcı şəbəkəsinin alınması ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) hədəfi olmayıb və şirkət hətta şəbəkənin özəlləşdirilməsi üzrə tenderdə belə iştirak etməyib.
ARDNŞ “Başkent Doğalgaz”ın özəlləşdirilməsi müsabiqəsində iştirak etməyib

Azərbaycan, Bakı, 29 yanvar / Trend, müxbir S.Əliyev /

Türkiyənin "Başkent Doğalgaz" (Ankara) qazpaylayıcı şəbəkəsinin alınması ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) hədəfi olmayıb və şirkət hətta şəbəkənin özəlləşdirilməsi üzrə tenderdə belə iştirak etməyib. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Neft Şirkətinin Türkiyənin qazpaylayıcı şəbəkəsini ala bilməməsinə dair bəzi KİV-də gedən məlumatları şərh edərkən ARDNŞ-dən bildiriblər.

Türkiyənin "Başkent Doğalgaz" (Ankara) qazpaylayıcı şəbəkəsi ötən həftə tam özəlləşdirilib. Onun üçün 1,162 milyarad dollar həcmində ən yüksək məbləği Türkiyənin "Torunlar Gıda Sanayi" şirkəti təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti