Azərbaycan, Bakı, 9 mart /Trend/
Liviya İtaliyaya qaz nəqlini bərpa edib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, martın 2-də hərbi qarşıdurmalar zamanı zərər çəkmiş Liviyadan İtaliyaya qaz nəqlini reallaşdıran Greenstream qaz kəməri artıq fəaliyyətini bərpa edib.
İtaliyanın qaz kəməri üzrə operatoru məlumat verib ki, bir həftə ərzində Liviyadan qaz nəqlinin dayandırılması nəticəsində yeraltı anbarlarda olan və Rusiyadan alınan qazdan istifadə edilməklə, ölkə mavi yanacaqla təmin edilib.