...

ARDNŞ: Azərbaycanda karbamid zavodunun inşası ilə bağlı müqavilə imzalayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 13 Mart 2013 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Cənubi Koreyanın "Samsung Engineering Co. Ltd." şirkəti arasında Azərbaycanda karbamid istehsalı zavodunun inşasına dair müqavilə imzalanıb. Trend-in məlumatına görə, müqaviləni çərşənbə günü ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və "Samsung Engineering" şirkətinin baş icraçı direktoru Ki Seok Park imzalayıblar.

"Samsung Engineering" karbamid zavodunun tikintisi ilə bağlı açıq tenderin qalibi olub.
Yeni zavod Sumqayıtda "Azərkimya" İB-nə məxsus sahədə tikiləcək. Karbamid zavodunun il ərzində 600 000 ton (2000 ton gün) karbamid və 1200 ton ammonium istehsal edəcək.

Zavodun 2014-cü ilin sonu, 2015-ci ilin əvvələrində istismara veriləcəyi planlaşdırılır. Tikinti zamanı 3 min müvvəqəti iş yerinin açılacağı, onun istifadəyə verilməsindən sonra isı 500 adamın daimi iş yeri ilə təmin olunacağı gözlənilir.

Zavod 2008-2015-ci illər Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı çərçivəsində tikilidiyindən, bu məqsədlə vəsaitlər dövlət büdcəsindən ayrılcaq.

ARDNŞ həmçinin Gürcüstanda analoji zavodun tikintisinə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti