...

Dörd elektrik paylayıcı şəbəkənin özəlləşdirilməsi Türkiyəyə 3,4 milyard ABŞ dolları gəlir gətirib

Energetika Materials 16 Mart 2013 13:04 (UTC +04:00)
Ötən gün İstanbulun Anadolu hissəsinə xidmət göstərən Türkiyənin “AYEDAŞ” elektrik paylayıcı şəbəkəsi 1,2 milyard ABŞ dollar müqabilində “Enerjisa Elektrik Dağıtım AŞ” şirkəti tərəfindən özəlləşdirilib.
Dörd elektrik paylayıcı şəbəkənin özəlləşdirilməsi Türkiyəyə 3,4 milyard ABŞ dolları gəlir gətirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir A.Tağıyeva /

Ötən gün İstanbulun Anadolu hissəsinə xidmət göstərən Türkiyənin "AYEDAŞ" elektrik paylayıcı şəbəkəsi, 1,2 milyard ABŞ dollar müqabilində "Enerjisa Elektrik Dağıtım AŞ" şirkəti tərəfindən özəlləşdirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Hürriyyət" qəzeti xəbər yayıb.

Qəzet xəbər verir ki, Adana, Qazıantep, Hatay, Osmaniyə, Mersin və Kilis vilayətlərində xidmət göstərən "Toroslar" elektrik paylayıcı şəbəkə 1,7 milyard ABŞ dolları müqabilində "Enerjisa Elektrik Dağıtım AŞ" tərəfində özəlləşdirilib.

"Vangölü" elektrik paylayıcı şəbəkəsi isə 118 milyon ABŞ dollarına "Türkler İnşaat" tərəfindən özəlləşdirilib. "Vangölü" şəbəkəsi Van, Bitlis, Hakkari və Muş vilayətlərinə xidmət göstərir.

"Dircle"elektrik paylayıcı şəbəkəsinin özəlləşdirilməsi ilə bağlı tenderi isə "İşkaya Doğu" 387 milyon ABŞ dollarlıq təklifi ilə qalib gəlib. "Dircle" elektriki paylayıcı şəbəkəsi Diyarbəkir, Şanlıurfa, Siirt, Batman və Şırnak vilayətlərinə xidmət göstərir.

Dörd elektrik paylayıcı şəbəkələrin özəlləşdirilməsi son nəticədə Türkiyəyə 3,4 milyard ABŞ dolları gəlir gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti