...

Yanvar-fevral aylarında Azərbaycanda 7 milyon tondan çox neft hasil edilib

Energetika Materials 18 Mart 2013 13:54 (UTC +04:00)
2013-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 7,2 milyon tona yaxın neft və kondensat hasil olunub ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 3,6 faiz azdır.

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.İsmayılov/

2013-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 7,2 milyon tona yaxın neft və kondensat hasil olunub ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 3,6 faiz azdır. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2012-ci ildə Azərbaycanda 42,98 milyon ton neft hasil edilib ki, bu da 2011-cu ilin göstəricisindən 5,3 faiz azdır.
Ötən il neft hasilatının əsas həcmi xarici tərəfdaşlarla birgə işlənən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-fevralda Azərbaycanda qaz hasilatı (səmt qazı istisna olmaqla) təqribən 3 milyard kubmetr təşkil edib ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 5 faiz azdır.

2012-ci ildə qaz hasilatı (səmt qazı istisna olmaqla) 17,24 milyard kubmetr təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 5,4 faiz çoxdur.

Yanvar-fevralda ölkədə 3,86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 6,7 faiz azdır.

2012-ci ildə respublikada 20,43 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2011-cu ildəkindən 6,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti