Azərbaycan, Bakı, 18 mart /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi "Bos Shelf" şirkətinin işçiləri ilə danışıqlar aparır.
"Bos Shelf"dən bazar ertəsi Trend-ə bildiriblər ki, şirkət işçilərinin aksiya keçirməsi barədə məlumat həqiqəti əks etdirmir.
"Bu, şirkət rəhbərliyinin işçilərlə qabaqcadan planlaşdırılımış görüşüdür", - şirkətdən qeyd ediblər.
"Bos Shelf"dən deyiblər ki, şirkət rəhbərliyinin işçilərilə görüşü daxili xarakterli məsələləri həll etmək üçün keçirilir.