...

"Centre for European Reform": Energetika Azərbaycan-Avropa münasibətlərinin qurulmasında mərkəzi yeri tutur

Energetika Materials 27 Mart 2013 16:27 (UTC +04:00)
Azərbaycan nümunəsi göstərir ki, energetika landşaftının dəyişikliyi Avropanın xarici siyasəti çərçivəsində onun marağının ardıcıl artmasına gətirib çıxara bilər.
"Centre for European Reform": Energetika Azərbaycan-Avropa münasibətlərinin qurulmasında mərkəzi yeri tutur

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Bədəlova/

Azərbaycan nümunəsi göstərir ki, energetika landşaftının dəyişikliyi Avropanın xarici siyasəti çərçivəsində onun marağının ardıcıl artmasına gətirib çıxara bilər. Trend-in məlumatına görə, bu barədə Avropa İslahatları (Centre for European Reform - CER) Britaniya Tədqiqat Mərkəzinin böyük elmi işçisi Rem Korteveq öz məqaləsində yazıb.

Müəllif yazır ki, XXI əsrin əvvəllərindən etibarən Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropa İttifaqı Azərbaycandan neftə və qaza ümidlər bəsləyir. Korteveq qeyd edir ki, Azərbaycanda qaz yataqlarının işlənməsi və karbohidrogenlərin hasilatı ölkə ilə Aİ-nin münasibətlərini dəyişdirir.

Yazıda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında münaqişə hələ də həll olunmayıb, Azərbaycana məxsus Dağlıq Qarabağ isə işğal altında qalmaqdadır. Energetika sahəsində uğurlu əməkdaşlığa və geosiyasi maraqların üst-üstə düşməsində baxmayaraq, münaqişənin həll olunması məsələsində məyusluq var. Yazıda vurğulanır ki, rəsmi Bakı bu məsələdə Aİ-nin daha aktiv mövqeyinə ümid edir.

Müəllif bildirib ki, tərəfdaşlıq münasibətlərinin qurulmasında mərkəzi yeri energetika tutur. "Gürcüstan, xüsusilə də Türkiyə Azərbaycanın regional tərəfdaşlarıdır. Bununla yanaşı, ölkə Avropa energetika bazarına çıxmaq və Amerika, Avropa investisiyalarının cəlb edilməsi yolu ilə Qərblə əməkdaşlığını inkişaf etdirir", - məqalədə yazılır.

Müəllif yazır ki, Azərbaycan hazırda Avropa ilə əməkdaşlığı inkişaf edirmək istəyir. Buna da "Şahdəniz" qaz yatağının ikinci mərhələsinin işlənməsi layihəsi kömək edə bilər. 2013-cü ildə ARDNŞ BP daxil olmaqla, öz tərəfdaşları ilə birlikdə qərar qəbul edəcək ki, qaz hansı layihə vasitəsilə Avropaya çatdırılacaq - "Nabucco West", yoxsa Transadriatik boru kəməri (TAP). Müəllif qeyd edir ki, "Cənub qaz dəhlizi" layihəsi Avropa strategiyasının diversifikasiyanın əsas elementidir. Bu layihə 2020-ci ilə Avropaya idxal olunan qazın 10 faizini təşkil edə bilər.

Əməkdaşlığın genişləndirilməsinə nümunə olaraq, müəllif Azərbaycan və "Microsoft" arasında ötən il bağlanan və ölkəni regional informasiya texnologiyaları mərkəzinə çevirəcək razılaşmaları nümunə göstərib.

Məqalədə qeyd olunur ki, Aİ Qərbin Azərbaycanda olan maraqlarının saxlanılmasında maraqlıdır. Eyni zamanda, Azərbaycanın Qərbin dəstəyinə ehtiyacı var.

"Azərbaycan nümunəsi göstərir ki, energetika landşaftının dəyişikliyi Avropa xarici siyasətinin daha ardıcıl həyata keçirilməsinin perspektivini əvvəlcədən xəbər verə bilər", - müəllif fikrini tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti