...

"Petkim" Türkiyənin daxili bazarındakı payını 40 faizədək artıracaq

Energetika Materials 4 Aprel 2013 15:34 (UTC +04:00)
"Petkim" Neft-Kimya Holdinqi qurulmasının 48-ci ildönümünü Əliağa Kompleksindəki mədəniyyət mərkəzində təntənə ilə qeyd edib.
"Petkim" Türkiyənin daxili bazarındakı payını 40 faizədək artıracaq

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"Petkim" Neft-Kimya Holdinqi qurulmasının 48-ci ildönümünü Əliağa Kompleksindəki mədəniyyət mərkəzində təntənə ilə qeyd edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mərasimdə "Petkim" əməkdaşlarının, tədarükçü və istehlakçı firmaların nümayəndələrinin bir qrupuna mükafatlar təqdim olunub. Holdinqin baş direktoru Sadəddin Qorqud tədbirdə çıxış edərək, "Petkim"in əldə etdiyi nailiyyətlərdə şirkətin əməkdaşlarının, müştərilərinin və ortaqlarının rolunu xüsusi vurğulayıb. 2012-ci ildə Türkiyə Keyfiyyət Dərnəyinin mükafatını qazanmış "Petkim"in "SOCAR Energy Turkey" tərəfindən hazırlanmış emal-neft kimyası-enerji-logistika inteqrasiyasını hədəfləyən "Value-Site" layihəsini addım-addım həyata keçirdiyini deyən Qorqud Petkim yarımadasının Avropanın ən böyük istehsal mərkəzlərindən birinə çevriləcəyini bildirib.

Onun sözlərinə görə, hazırda "Petkim"in istehsal gücü Türkiyənin termoplastik məhsullar bazarının tələbatının 25%-ni ödəməyə yetir. Şirkət yeni investisiyalar hesabına 2023-cü ilədək bu rəqəmi 40%-ə qaldırmağı planlaşdırır. Bu isə mövcud 3,2 milyon tonluq istehsal potensialını təxminən iki dəfə artıraraq 6 milyon tona çatdırmaq deməkdir.

"SOCAR Energy Turkey" şirkəti rəhbərinin birinci müavini Samir Kərimli isə bildirib ki, SOCAR-ın bu gün Petkim yarımadasında reallaşdırmağa çalışdığı investisiyalar Türkiyə və Azərbaycanın ortaq məqsədlərinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti