...

Ötən il ARDNŞ-nin mənfəəti artıb

Energetika Materials 5 İyul 2013 18:30 (UTC +04:00)
2012-ci ilin nəticələrinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xalis mənfəəti təqribən 955 milyon manat təşkil edib. 2011-ci ildə isə bu rəqəm təqribən 809,6 milyon manat olub.
Ötən il ARDNŞ-nin mənfəəti artıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin nəticələrinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xalis mənfəəti təqribən 955 milyon manat təşkil edib. 2011-ci ildə isə bu rəqəm təqribən 809,6 milyon manat olub.

Trend-in məlumatına görə, bu barədə "Ernst&Young" şirkətinin auditoru olduğu ARDNŞ-nin ötən il maliyyə fəaliyyəti haqqında konsolidə edilmiş hesabatında deyilir.

Hesabat ARDNŞ-nin rəsmi saytında dərc edilib.

Ötən il ARDNŞ-nin gəlirləri 2 dəfədən çox artaraq təqribən 17,14 milyard manat təşkil edib. ARDNŞ-nin 2012-ci ildə əldə etdiyi gəlirlərdən maya dəyəri satışının payına təqribən 14,01 milyard manat düşüb. 2011-ci ildə bu rəqəm 5 milyard manat olub.

Müvafiq olaraq, 2012-ci ildə ARDNŞ-nin ümumi mənfəəti təqribən 3,13 milyard manat təşkil edib. 2011-ci ildə bu göstərici 3,14 milyard manata bərabər olub. Hesabat dövründə əməliyyat fəaliyyətindən əldə edilən mənfəət 1,33 milyard manat təşkil edib, halbuki 2011-ci ildə bu rəqəm 1,54 milyard manat olub.

ARDNŞ-nin vergilərin çıxılmasına qədər mənfəəti 1,43 milyard manatı üstələyib. 2011-ci ildə bu göstərici 1,18 milyard manatdan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti