Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.Əliyev/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji səmərəliliyinin artırılması sahəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda AYİB prezidenti Suma Çakrabarti regiona ilk səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə əməkdaşlığın bir çox perspektiv istiqamətlərindən biri kimi enerjidən səmərəli istifadə sahəsini görür. Çakrabarti qeyd edib ki, bu sektor perspektivlidir və iş üçün sahə var.
Bank prezidenti bildirib: "Hesab edirəm ki, qadın sahibkarlara yardım sahəsində işləmək olar. Məsələn, qonşu Türkiyədə və digər ölkələrdə bizneslə məşğul olan qadınlar üçün ixtisaslaşdırılmış kredit məhsulları mövcuddur".
Onun sözlərinə görə, buna rəğmən, AYİB üçün əməkdaşlığın daha az və ya çox prioritet sahələri yoxdur: "Ölkənizdə qeyri-neft sektorunda inkişaf üçün böyük potensial vəd edən kifayət qədər sahə var. Misal üçün kənd təsərrüfatını göstərmək olar. Bu gün cənab nazir Şahin Mustafayev bizi son illər Azərbaycanın iqtisadi uğurlarını nümayiş etdirən stendlə tanış edib. Stend məndə böyük təəssürat yaratdı".