Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A. Tağıyeva/
"Trans Anadolu" Qaz Boru Kəməri (TANAP) layihəsi üzrə tərəfdaşlar bu ilin sentyabrından sonra qaz kəmərinin tikintisinin podratçısını təyin edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti "SOCAR Turkey Enerji"sinin rəhbəri, "Petkim"neft-kimya Holdinqinin İdarə Heyətinin rəhbəri Kənan Yavuza istinadən bildirib.
K.Yavuzun sözlərinə görə, qaz kəmərinin yekun marşrutunun seçilməsi üzrə işlər demək olar ki, yekunlaşdırılıb. Layihəyə boruları təqdim edəcək şirkətlərə gəldikdə isə, hazırda müxtəlif şirkətlərdən 28 təklif alınıb ki, bunlardan da 9-u türk şirkətidir.
"SOCAR Turkey Enerji"nin rəhbəri bildirib: "TANAP" layihəsinin tikintisində iki milyon ton borudan istifadə ediləcək. Biz boruları artıq 2014-cü ilin ikinci yarısında sifariş vermək niyyətindədyik".