...

Taner Yıldız: TANAP Xəzər və Adriatik dənizləri arasında enerji dəhlizi olacaq

Energetika Materials 6 Sentyabr 2013 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Trans-Anadolu qaz boru kəməri layihəsi (TANAP) Xəzər və Adriatik dənizlərini birləşdirəcək enerji dəhlizi olacaq. Trend-in "Haber Ortak" portalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Nazir bildirib: "TANAP qaz kəmərinin tikintisi və digər layihələrin həyata keçirilməsi üçün Azərbaycan Türkiyə iqtisadiyyatına 17 milyard lirə sərmayə yatıracaq".

T.Yıldız vurğulayıb ki, Türkiyə, həmçinin İraqda müxtəlif enerji layihələrinin reallaşdırılmasını davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti