...

Son 10 ildə Azərbaycanın enerji sektoruna təqribən 4 milyard dollar investisiya yatırılıb

Energetika Materials 12 Sentyabr 2013 08:19 (UTC +04:00)
Dövlətimizin daim xüsusi nəzarətində və diqqətində olan energetika sektoruna dövlət qayğısının təzahürü olaraq hazırda ölkəmiz özünü bütün növ enerji daşıyıcıları, əsasən də elektrik enerjisi ilə tam təmin edir, hətta elektrik enerjisinin ixracına başlayıb.
Son 10 ildə Azərbaycanın enerji sektoruna təqribən 4 milyard dollar investisiya yatırılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Əliyev/

Dövlətimizin daim xüsusi nəzarətində və diqqətində olan energetika sektoruna dövlət qayğısının təzahürü olaraq hazırda ölkəmiz özünü bütün növ enerji daşıyıcıları, əsasən də elektrik enerjisi ilə tam təmin edir, hətta elektrik enerjisinin ixracına başlayıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı maliyyə naziri Samir Şərifov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, bütövlükdə son 10 ildə elektrik enerjisi sektoruna daxili və xarici maliyyə mənbələrindən 3,1 milyard manat vəsait cəlb edilməklə ölkəmizdə ümumi gücü 2 min 300 meqavat olan 14 yeni elektrik stansiyası tikilərək istifadəyə verilib, 3 istiqamətdə yüksəkgərginlikli yeni elektrikötürücü xətlər çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti