...

Natiq Əliyev: Azərbaycanın şaxələndirmə siyasəti dünya energetika bazarına dəyişikliklər gətirir

Energetika Materials 19 Sentyabr 2013 15:19 (UTC +04:00)
Azərbaycan 100 ildən artıq müddətdə dünya energetika bazarında etibarlı və böyük qaz təchizatçısı kimi qalacaq.
Natiq Əliyev: Azərbaycanın şaxələndirmə siyasəti dünya energetika bazarına dəyişikliklər gətirir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan 100 ildən artıq müddətdə dünya energetika bazarında etibarlı və böyük qaz təchizatçısı kimi qalacaq.

Trend-in məlumatına görə, bu barədə energetika və sənaye naziri Natiq Əliyevin cümə axşamı "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilir.

Məqalədə bildirilir ki, Türkiyə və Azərbaycan arasında "Şahdəniz" yatağından hasil olunacaq təbii qazı Türkiyə ərazisindən Avropaya nəql edəcək "Trans-Anadolu" boru kəmərinin (TANAP) tikintisinə dair saziş imzalanıb. Bu ilin iyun ayında "Trans-Adriatik" boru kəməri (TAP) Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib.

Nazir vurğulayıb ki, Azərbaycanın enerji sahəsində diversifikasiya siyasəti bütövlükdə dünyanın yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir: "Eyni zamanda, bu faktorlar ölkəmizin dünya energetika bazarında etibarlı və böyük qaz təchizatçısı olmasına zəmin yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti