...

On il ərzində Azərbaycan EITI-in inkişafına öz töhfəsini verib (FOTO)

Energetika Materials 26 Sentyabr 2013 12:07 (UTC +04:00)
Son on il ərzində Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün (EITI)inkişafına öz töhfəsini verib.
On il ərzində Azərbaycan EITI-in inkişafına öz töhfəsini verib (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

Son on il ərzində Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün (EITI) inkişafına öz töhfəsini verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Azərbaycanın təşəbbüsə qoşulmasının on illiyinə həsr olunan konfransın gedişi zamanı EITI Beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq bildirib.

Moberqin sözlərinə görə, təşəbbüsün əsas hədəfi mədən sənayesi layihələrinin reallaşdırılmasından əldə olunan gəlirlər barədə məlumatların cəmiyyət üçün əlçatan olması və şəffaflığın təmin edilməsidir: "Bu istiqamətdə Azərbaycan təşəbbüsün inkişafına öz töhfəsini verib".

Öz çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümov ötən on il ərzində Azərbaycan uğurlarından danışıb və təşəbbüsün sonrakı onilliklər ərzində inkişafının uğurlu olacağına dair əminliyini bildirib.

Onun fikrincə, təşəbbüs çərçivəsində yeni standartlar daha çox şəffaflığın təmin olunmasına və mədən sənayesi layihələri çərçivəsində daha ətraflı və lazımlı informasiya verməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti