...

Azərbaycanda neft dağılmaları ilə mübarizə üzrə milli operativ tədbirlər planı hazırlanıb

Energetika Materials 29 Oktyabr 2013 15:51 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən neft dağılmaları ilə mübarizə üzrə milli operativ tədbirlər planı layihəsi hazırlanıb.
Azərbaycanda neft dağılmaları ilə mübarizə üzrə milli operativ tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Axundov/

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən neft dağılmaları ilə mübarizə üzrə milli operativ tədbirlər planı layihəsi hazırlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin İnfrastrukturun inkişafı Baş idarəsinin rəisi Tariel Hüseynov "Atmosferə atılan tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması, təmizləyici texnologiyalar" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sənəd hazırlanıb: "Sənəd bir neçə dəfə müzakirə edilib və hazırda Nazirlər Kabinetinə təqdim edilmə mərhələsindədir".

Norveçin Azərbaycandakı səfirliyi, FHN, ARDNŞ, "Caspian Drilling" və "Statoil"un təşkilatçılığı ilə oktyabrın 29-dan 31-dək Bakıda neft dağılmaları ilə mübarizə, ofşor texnologiyaların, həmçinin neft quyularının qazılması texnologiyalarının inkişafı mövzsusunda 3 müxtəlif seminar keçirilir.

Tədbir çərçivəsində Norveçin 20-dən artıq şirkəti ölkənin neft-qaz sənayesinin müxtəlif sahələrinə dair təqdimatlar keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti