...

Valeh Ələsgərov: Qaz nəqli layihələrinin vaxtında həyata keçirilməsi üçün siyasi iradə lazımdır

Energetika Materials 4 Noyabr 2013 12:44 (UTC +04:00)
Qaz nəqli, o cümlədən Azərbaycan qazının Avropaya çatdırılması layihələrinin vaxtında həyata keçirilməsi üçün siyasi iradə lazımdır.
Valeh Ələsgərov: Qaz nəqli layihələrinin vaxtında həyata keçirilməsi üçün siyasi iradə lazımdır

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Qaz nəqli, o cümlədən Azərbaycan qazının Avropaya çatdırılması layihələrinin vaxtında həyata keçirilməsi üçün siyasi iradə lazımdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən beynəlxalq ekoloji konfransda Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

Onun sözlərinə görə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin vaxtında yerinə yetirilməsinə məhz siyasi iradə imkan verdi. Perspektivdə Azərbaycanın iştirakı ilə infrastruktur layihələrin reallaşdırılması ilə Mərkəzi Asiyadan Avropaya mümkün qaz tədarükü üçün şərait yaradılacaq.

Vitse-spiker qeyd edib ki, əgər siyasi iradə daha əvvəl meydana çıxsa idi, Azərbaycan qazı artıq Avropaya nəql olunardı ki, bu da Mərkəzi Asiyadan qazın bu istiqamətdə ixracı üçün imkan yaradardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti