...

ARDNŞ prezidenti: Yanacağın qiymətinin qaldırılması sosial layihələrin həyata keçirilməsində imkanları artıracaq

Energetika Materials 4 Dekabr 2013 22:26 (UTC +04:00)
ARDNŞ benzinin qiymətinin artmasını normal proses hesab edir.
ARDNŞ prezidenti: Yanacağın qiymətinin qaldırılması sosial layihələrin həyata keçirilməsində imkanları artıracaq

Türkiyə, İstanbul, 4 dekabr /Trend, xüsusi müxbir A.Axundov/

ARDNŞ benzinin qiymətinin artmasını normal proses hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

R.Abdullayev deyib: "Bu, normal prosesdir. 2007-ci ildən qiymətlər dəyişməyib".

Onun sözlərinə görə, bu, dövlət büdcəsinə daxilolmaların artırılmasına öz töhfəsini verəcək və sosial yönümlü layihələrin həyata keçirilməsi imkanlarını artıracaq: "Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik, dizel yanacağı artıq yüksək standartlara uyğundur, benzinin Avro-3 standartında istehsalına imkanlar var".

R.Abdullayev bildirib ki, Aİ-98 markalı benzin dünya qiymətləri ilə satılır, Aİ-95 də dünya qiymətləri ilə satıla bilər: "Başa düşmək olar ki, niyə yanacaq və Aİ-92 kənd təsərrüfatı istehsalçılarına ucuz satılır. Lakin dövlət bahalı avtomobillər üçün benzin satışını subsidiyalaşdıra bilməz".

Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti