...

Azərbaycanın neft sektoruna yatırılan investisiyaların həcmi il ərzində 30 faizdən çox artıb

Energetika Materials 20 Dekabr 2013 07:41 (UTC +04:00)
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın neft sektoruna 4,34 milyard manat investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,9 faiz çoxdur.
Azərbaycanın neft sektoruna yatırılan investisiyaların həcmi il ərzində 30 faizdən çox artıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın neft sektoruna 4,34 milyard manat investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,9 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Noyabrda ölkənin neft sektoruna 405 milyon manat məbləğində investisiya qoyulub. 2012-ci ilin analoji dövründə isə bu rəqəm 341,6 milyon manata bərabər olub.

Məlumata görə, yanvar-noyabr aylarında Azərbaycanın sənaye sahələrinə kapital qoyuluşları ümumilikdə 6,39 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 32 faiz çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 4,21 milyard manat həcmində investisiya qoyulub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz çoxdur.

Yanvar-noyabrda elektrik enerjisi, istilik və qaz istehsalına, paylanmasına və təchizatına yatırılmış investisiyaların həcmi 322,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti