Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.İsmayılov/
2013-cü ildə Azərbaycanın şimal-qərbində yerləşən Şəki elektrik stansiyası təxminən 310,7 milyon kilovat-saat elektrik enerjisi hasil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, bu, proqnozlaşdırılandan 5,2 milyon kilovat-saat çoxdur.
Məlumata əsasən, ötən ilin dekabrında bu göstərici 28,8 milyon kilovat-saat olub
Qeyd edək ki, 10 aqreqatdan ibarət olan Şəki elektrik stansiyasının gücü 87 meqavatdır.