...

Azərbaycanda sərt hava şəraiti ilə əlaqədar təbii qaza tələbat artır

Energetika Materials 3 Fevral 2014 16:15 (UTC +04:00)
Azərbaycanda qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar qaza tələbat artmaqda davam edir. Bu barədə Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən bildiriblər.
Azərbaycanda sərt hava şəraiti ilə əlaqədar təbii qaza tələbat artır

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar qaza tələbat artmaqda davam edir. Bu barədə Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən bildiriblər.

Birlikdən deyiblər ki, fevralın 3-nə olan məlumata görə ölkədə qazdan istifadənin orta sutkalıq həcmi 29,3 milyon kubmetrə qarşı (yanvarın 31-nə olan məlumata görə) 30,6 milyon kubmetr təşkil edib.

"Azəriqaz"dan bildiriblər ki, qarlı-şaxtalı hava şəraiti qaza tələbatın artmasına gətirib çıxarıb: "Təkcə Bakıda fevralın 3-də qazdan istifadənin orta sutkalıq həcmi 16,8 milyon kubmetr təşkil edib. Ölkənin regionlarında bu göstərici 13,8 milyon kubmetr həcmindədir".

İstehsalat Birliyindən deyildiyi kimi, respublikada qaz təchizatında problem yoxdur. "Ayrı-ayrı sahələrdə yarana biləcək yerli problemlər hava şəraiti ilə bağlı deyil. Oxşar problemlər havadan asılı olmayaraq istənilən vaxt yarana bilər. Birlik bu problemləri ən qısa müddətdə aradan qaldırmaq üçün bütün zəruri işləri görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti