...

Lənkəran rayonunun daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 7 Fevral 2014 16:53 (UTC +04:00)
Bu gün Lənkəran rayonunun Kərgəlan və Darquba kəndlərinə təbii qaz verilib.
Lənkəran rayonunun daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Bu gün Lənkəran rayonunun Kərgəlan və Darquba kəndlərinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1085 abonenti olan Kərgəlan və Darquba kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34 kilometrdən artıq metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1085 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti