...

BP AÇG blokunda səmt qazının məşəldə yandırılması həcmini xeyli azaldıb

Energetika Materials 13 Fevral 2014 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi operatoru olan Böyük Britaniyanın BP şirkəti 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) 2,19 milyard kubmetr səmt qazı verib. 2012-ci ildə bu həcm 3,4 milyard kubmetr təşkil edib.

Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

AÇG-nin işlənməsi çərçivəsində səmt qaz ARDNŞ-yə pulsuz verilir.

BP 2013-cü il ərzində ARDNŞ-yə 1,24 milyard kubmetr səmt qazı verməyi planlaşdırırdı.

2013-cü il ərzində ARDNŞ-yə sutkada təxminən 6 milyon kubmetr qaz verilib. 2013-cü ilin sonunda AÇG-də səmt qazının məşəldə yandırılması 2,6% olub. Bu, 2012-ci ilə nisbətən 45% azalma deməkdir. Digər təkmilləşdirmə tədbriləri nəticəsində AÇG-də səmt qazının utilizasiya dərəcəsi 97,4%-ə çatdırılıb ki, bu da ən yaxşı Avropa standartlarına uyğundur.

AÇG-də iştirak payları: BP - operator (35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti