...

"Sumqayıt" İES elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 17 Fevral 2014 14:45 (UTC +04:00)
2014-cü ilin yanvarında "Sumqayıt" istilik elektrik stansiyası (İES) təqribən 310,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
"Sumqayıt" İES elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvarında "Sumqayıt" istilik elektrik stansiyası (İES) təqribən 310,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm təxminən 277 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

İES 2013-cü ildə 2,88 milyard kilovat-saat elektrik enerjisi istehsal edib ki, bu da 2012-ci ilin göstəricisindən 855 min kilovat-saat çoxdur.

Ümumi gücü 525 MVt olan "Sumqayıt" elektrik stansiyasında iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılıb.

Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti