...

İran Ərəbistan dənizində neft terminalı tikəcək

Energetika Materials 26 Mart 2014 12:59 (UTC +04:00)
İran Ərəbistan dənizindəki Cask adasına neft ixrac etmək üçün terminal tikəcək.
İran Ərəbistan dənizində neft terminalı tikəcək

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir F.Kərimov /

İran Ərəbistan dənizindəki Cask adasına neft ixrac etmək üçün terminal tikəcək. Bunu İranın Azad və xüsusi iqtisadi zonaların Əlaqələndirmə Şurasının katibi Əkbər Torkan bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İranın ISNA agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, yeni neft ixracı terminalı Fars körfəzində yerləşən Xark adasındakı terminaldan sonra ikinci olacaq.

Əlaqələndirmə Şurasının katibi qeyd edib ki, İran Ərəb dənizi sahillərinə uzunluğu 2200 kilometr olan kəmər vasitəsilə neft ixrac edir və Cask adasında neftin saxlanması və ixracı üçün infrastruktur yaratmağı planlaşdırır.

2013-cü ilin mayında İranın Neft Terminalları Şirkətinin direktoru Piruz Musəvi deyib ki, Xark adasındakı terminalda saxlanan neftin ümumi həcmi 28 milyon barelə çatdırılacaq.

Onun sözlərinə görə, hazırda adada dörd neft anbarı tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti